Rusiya təyyarələri İŞİD-in iri düşərgəsini məhv edib

  • By admin
  • 12 İyul 2016 20:19

 

somolet

Rusiyanın Hərbi-Hava Qüvvələrinə məxsus altı “Tu-22M3” bobmardmançı təyyarələrinin zərbələri nəticəsində Suriyada İŞİD terror qruplaşmasının düşərgəsi məhv edilib.

Gununsesi.info “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında bildirilir.

“Zərbələr nəticəsində silahlıların iri düşərgəsi, üç silah-sursat anbarı, üç tankı, dörd piyadaların döyüş maşını, iriçaplı pulemyotlarla təchiz olunmuş səkkiz avtomobili və çoxlu sayda canlı qüvvəsi məhv edilib”, – deyə məlumatda qeyd olunub.

Məlumatda əlavə olunub ki,  döyüş tapşırığını uğurla yerinə yetirən təyyarələrin hamısı öz aerodromlarına dönüb.

Gununsesi.info