Bu il Gürcüstana gedən azərbaycanlıların sayı 600 minə çatır

  • By admin
  • 12 İyul 2016 20:13

gurcu

Gürcüstanın Milli Turizm Administrasiyası ölkəyə gələn turistlərin statistikasını açıqlayıb. 2016-cı ilin ilk beş ayında Gürcüstana iki milyondan çox adam gedib.

Turizm administrasiyasının rəhbəri Georgi Çoqovadze nəticənin 2015-ci illə müqayisədə 15,3 faiz çoxaldığını deyib. Ən çox gedənlər isə azərbaycanlılardır: 570,825 nəfər.

Təkcə mayda Gürcüstana 11,944 Azərbaycan vətəndaşı gedib.

Gununsesi.info