Rusiya-Ukrayna danışıqlarının 4-cü raundunun yeri məlum olub

  • By admin
  • 07 Mart 2022 23:13

Rusiya və Ukrayna arasında danışıqların dördüncü raundu çox yaxın vaxtlarda baş tutacaq.

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri və Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski bildirib.

“Növbəti dördüncü raund Belarus ərazisində çox yaxın gələcəkdə baş tutacaq. Hələ ki, dəqiq tarixi deməyəcəyəm” – o, “Rossiya 24” telekanalının efirində deyib.

Gununsesi.info