Rusiyada əhali küçələrə axışır - KORRUPSİYA ƏLEYHİNƏ MİTİNQLƏR BAŞLAYIB - VİDEO

  • Müəllif: admin
  • 12 İyun 2017 15:04

mitinq_rusiya

Rusiyada korrupsiya əleyhinə mitinqlər başlayıb.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, mitinqlərin 200-ə yaxın şəhərdə keçirilməsi nəzərdə tutulur. Xüsusi aktivlik Vladivostok, Novosibirsk, Peterburq, Kazan və Moskvada hiss edilir. Vladivostok, Novosibirskdə etiraz aksiyasına çıxanların sayı 5000 nəfərə çatıb.

Peterburqda şəhərin mərkəzinə xüsusi təyinatlılar yeridilib. Moskvada isə mitinqə Saxarova prospektində keçirilməsinə izn verilməyib. Buna görə də mitinq Tverski küçəsinə keçirilib.

Mitinqin təşkilatçısı Korrupsiya ilə Mübarizə Fondu və rəhbəri Aleksey Navalnıdır.

Gununsesi.info