
Korrupsiyaya qarşı mübarizə mitinqinin əsas təşkilatçısı olan Aleksey Navalnı öz evinin qarşısında həbs edilib.
Gununsesi.info-nun axar.az-a istinadən verdiyi məlumata görə, bu barədə informasiyanı Aleksey Navalnının həyat yoldaşı Yuliya öz Tvitter səhifəsində paylaşıb. O, Navalnının mitinqin təxirə salınmadığını bildirib.
Navalnının həbsi ilə yanaşı onun rəhbəri olduğu Korrupsiyayla Mübarizə Fonduna qarşı da təyziqlər artıb. Fondun ofisinə verilən elektrik enerjisi dayandırılıb. Bununla bərabər internet əlaqəsində də problemlər yaranıb.
Rusiya rəsmiləri isə Navalnını provokator adlandırıblar. Bu iddianı, xüsusilə, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov və Daxili İşlər naziri Vladimir Kolokolçev səsləndirib.
Qeyd edək ki, dünən axşam Aleksey Navalnı Moskvanın Saxarov prospektində korrupsiyaya qarşı keçiriləcək mitinqlə bağlı hakimiyyətlə razılığa getməyəcəyini bildirmişdi. Navalnıya əvvəlcə bazar ertəsi günü başqa yerdə aksiya keçirməyə icazə verilib. Lakin o, hakimiyyətin etirazçıları “təhqir etmək üçün” təyin etdiyi yeri dəyişmək qərarına gəlib.
Gununsesi.info










