Rusiyada bir gündə 7 minə yaxın şəxs koronavirusa yoluxdu

  • By admin
  • 05 İyul 2020 11:42

Rusiyada son sutka ərzində 6 736 yeni koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 681 251 nəfərə çatıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koronavirusun yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, gün ərzində 134 nəfər koronavirusdan ölüb və COVID-19 qurbanlarının ümumi sayı 10 161 nəfərə çatıb.

Rusiyada son sutka ərzində 3 871 nəfər xəstəxanadan evə buraxılıb, ümumilikdə isə 450 750 nəfər koronavirusdan sağalıb.

Gununsesi.org