Rusiyada müəyyən dairələr Azərbaycanla sülh içində olmağımızı istəmir - Paşinyan

  • Müəllif: Firuzə
  • 13 Fevral 2026 23:26

“Rusiyada Ermənistanın Azərbaycanla sülh içində olmasını istəməyən dairələr var”.

Gununsesi.info  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Rusiyada müəyyən dairələr var ki, onlar aşağıdakı məntiqlə idarə olunurlar: Türkiyə və Azərbaycanla sülh Ermənistan üçün əlverişsizdir, çünki bu, Ermənistanı tam müstəqil dövlətə çevirər. Əgər düşmənçilik olarsa, Ermənistan Rusiyaya daha möhkəm qucaq açmağa məcbur olacaq”, – deyə Ermənistanın baş naziri bildirib.

Gununsesi.info