Rusiyada piyada körpüsü uçub: Ölən və yaralananlar var - VİDEO/FOTOLAR

  • Müəllif: admin
  • 22 İyul 2023 19:47

Rusiyanın Leninqrad vilayətinin Luqa şəhərində piyada körpüsünün uçması nəticəsində ölən və yaralananlar var.

Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisə “Olganın sahilləri” folklor festivalı zamanı baş verib. Sahildəki taxta-metal körpü yarıya bölünüb.

İnsident nəticəsində yaralanan üç nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Daha bir kişi isə xəstəxanada vəfat edib.