Rusiyada təyyarə qəzası baş verib

  • Müəllif: admin
  • 27 May 2018 12:39


Rusiyada yüngül mühərrikli “Bekas” təyyarəsi qəzaya uğrayıb.

Gununsesi.info RİA “Novosti”yə istinadən xəbər verir ki, hadisə Ryazan vilayətində, Uxolovsk rayonunda qeydə alınıb.

Məlumata görə, hadisə yerli vaxtla saat 20:40-da qeydə alınıb. Qəza zamanı təyyarənin pilotu həlak olub.

Hadisə yerinə operativ istintaq qrupu cəlb edilib. Qəzanın səbəbi və başvermə şəraiti araşdırılır.