Rusiyanın Kemerovo şəhərində vəkillər kollegiyasının üzvünə hücum edən cinayətkar ələ keçib.
Gununsesi.org Ren.tv-yə istinadən xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsi məlumat və görüntü paylaşıb.
Görüntülərdə polislərin “Porsche” markalı avtomobilin yanında cinayətkarı ələ keçirməsi əks olunub.
Qeyd edək ki, noyabrın 6-da Rusiyada tanınmış vəkil olan Sergey Uçitel hücum nəticəsində xəsarət alaraq, xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.