ABŞ səhvən Yaponiyaya raket atdı – GƏRGİNLİK – Tokio dərhal İZAHAT istədi

  • By admin
  • 07 Noyabr 2019 10:26

Yaponiyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Aomori Prefekturası üzərindəki təlim uçuşu zamanı səhvən təlim raketi açıb.

Təyyarə raketi uçuş zonasından kənarda salıb. Təlim avadanlığını tapmaq hələlik mümkün olmayıb.

Hadisənin səbəbləri araşdırılır, qurbanlar barədə heç bir məlumat yoxdur.

Buna baxmayaraq, Yaponiya Müdafiə Nazirliyi artıq ABŞ-dan bütün məlumatların dərhal verilməsini tələb edib.