
Son günlərdə Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) fəaliyyətinin dayandırlması ilə bağlı çıxarılan qərar Azərbaycanla Rusiya arasındakı münasibətlərin müəyyən mənada gərginləşməsinə səbəb olub.
İki ölkə arasında yaranmış durum və bu proseslərin gələcək inkişaf perspektivi ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirova müraciət etdik.
Gununsesi.info-ya açıqlamsında millət vəkili bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq münasibətlərinə söykənir.
Onun sözlərinə görə, bu baxımdan, iki ölkə arasında strateji və bir sıra mühüm məsələlərdə hər hansı fikir ayrılığı və ya problem yoxdur.
“Ancaq son günlərdə Rusiyada fəaliyyət göstərən Azərbaycanın diaspor təşkilatı olan ÜAK-ın fəaliyyətinin dayandırlması ilə bağlı məsələ həqiqətən narahatedici məsələdir. Bildiyiniz kimi, Azərbaycanla Rusiya rəhbərliyi arasında istənilən məsələdə fikir ayrılığı olmasa da, Rusiya böyük ölkə olduğundan, burada müxtəlif qüvvələr fəaliyyət göstərir. Hansı ki, bu qüvvələrin bir qismi Rusiya ilə Azərbaycan arasında münasibətlərin belə yüksək səviyyədə olmasını istəmir və buna qısqanclıqla yanaşırlar.
Ona görə də bu qüvvələr hər vasitə ilə Rusiya ilə Azərbaycan dövləti, xalqlarımız arasında münasibətlərin korlanması üçün müxtəlif təxribat xarakterli addımlara əl atırlar. Mən deyədrim ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsində və pozulmasında maraqlı olan ən əsas qüvvə Rusiyada fəaliyyət göstərən erməni diasporasıdır”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili hesab edir ki, ÜAK-ın fəaliyyətinin dayandırlması da Rusiyadakı erməni diasporaının “əməyinin” nəticəsidir.
“Ermənilər bu yolla iki ölkə arasındakı münasibətləri korlamağa cəhd edirlər. Ermənilər bununla təkcə Azərbaycana deyil, eyni zamanda, Rusiyanın maraqlarına ciddi zərbə vurmaq istəyir. Ona görə də hesab edirəm ki, Rusiya rəhbərliyi yaranmış vəziyyəti düzgün dəyərləndirib, iki ölkə arasındakı münasibətlərə hər hansı formada xələl gəlməməsi üçün ÜAK-ın fəaliyyətini yenidən bərpa edəcək. Həmçinin, iki ölkə arasındakı münasibətlərin daha yüksək səviyyəyə qalxmasına çalışacaq”- deyə, o vurğulayıb.
Mürtəza
Gununsesi.info












