Rusiyadan BMT-nin çağırışına – Reaksiya

  • Müəllif: admin
  • 05 Aprel 2017 21:29

idlib-rusiyta

 

Rusiya BMT Baş katibi Antonio Quterreşin Suriyanın İdlib şəhərindəki hücumun araşdırılması ilə bağlı çağırışına dəstək verib.

Axar.az xəbər verir ki, Rusiyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsinin köməkçisi Vladimir Safronkov baş katibə dəstək verərək bildirib ki, uzaqdan istintaq aparılması dayandırılmalıdır.

Safronkov qeyd edib ki, istintaq qrupu Suriyaya gedərək kimyəvi silahın tətbiq edildiyi bölgədə araşdırma aparmalıdır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyanın İdlib şəhərində 100 nəfərin öldüyü hücum zamanı sinir qazından istifadə edildiyini açıqlayıb.

 

Gununsesi.info