Rusiyalı hərbçi Ukraynada “öz edamı”nı çəkdi: “Sevgilimlə zarafat etmək istədim” -VİDEO

19 yaşlı Arsen Kusrayev adlı rusiyalı hərbçi Ukraynada edam edildiyinə dair video çəkib və sonra bunun zarafat olduğunu açıqlayıb.

OSINT eksperti İrakli Komaxidzenin sözlərinə görə, videoda hərbçi dizləri üstə, guya əlləri bağlı halda pozalar verib. O, Soledar yaxınlığında “tutulduğunu” bildirib. Bütün ailəsi, dostları və sevgilisi ilə vidalaşıb.

Videonun sonunda isə müəllif guya pulemyotu yenidən doldurur və hərbçiyə doğru yönəldib. Bu məqamda video kəsilib.

Bu video Rusiya Federasiyasında çox səs-küy yaradıb, buna görə də hərbçi edamı ilə bağlı görüntülərin yalan və öz uydurması olduğunu etiraf etmək məcburiyyətində qalıb. O, sevgilisi ilə zarafat etmək üçün bu addımı atdığını bildirib.

“Əvvəlki videoya görə üzr istəyirəm. Sevgilimlə zarafat etmək üçün çəkilib. Amma təəssüf ki, video nəzarətimizdən çıxdı və yayıldı. Görüntülərin heç biri doğru deyil. Biz zarafat edirdik, belə deyək”, – deyə o qeyd edib.

Mənbə: UNİAN