Rusiyalı milyarder otelində ölü tapıldı

  • By admin
  • 28 Dekabr 2022 01:02

Rusiyalı milyarder Pavel Antov Hindistandakı otelində ölü tapılıb.

Gununsesi.info BBC-yə istinadən bildirir ki, yerli siyasətçi Antov ad gününü Budanovla Hindistanın şərqindəki Odişa şəhərində qaldığı oteldə qeyd edib.

Antov ölkəsində kolbasa istehsalının aparıcı istehsalçılarından biri idi. Antovun dostu Vladimir Budanov da Hindistana səfəri zamanı dünyasını dəyişib.

Rusiya mətbuatı 65 yaşlı Antovun bazar günü otelin pəncərəsindən yıxılaraq öldüyünü yazıb.

Hindistana səyahət edən dörd nəfərlik qrupdan biri olan Vladimir Budanov da cümə günü həmin oteldə dünyasını dəyişib.
Odişada bir polis rəsmisi Budonovun insult keçirdiyini, Artovun isə “Budonovun ölümündən sonra depressiyaya düşdüyünü və o da öldüyünü” söyləyib.

Rusiyanın Kəlkütədəki baş konsulu Aleksey İdamkin Rusiyanın Tass xəbər agentliyinə bildirib ki, “Polis bu faciəli hadisələrdə cinayət tərkibi aşkar etməyib”.

Turist bələdçisi Jitentra Sinq jurnalistlərə bildirib ki, Antovun otağında içki butulkaları olub və rusiyalı şəxs “çox spirtli içki qəbul etmiş ola bilər”.

Pavel Antov Rusiyada  Standard ət emalı zavodunu qurmuşdu.

140 milyon dollarlıq sərvətlə Antov 2019-cu ildə Forbes jurnalının dərc etdiyi Rusiyanın ən zəngin millət vəkilləri və bürokratları siyahısına başçılıq edir.

Antov həm də paytaxt Moskvanın şərqində, Vladimir şəhərində yerli şurada kənd təsərrüfatı siyasəti və ekologiya komissiyasının sədri olub.

İyun ayında Ukraynanın paytaxtı Kiyevin Şevçenkiski rayonunda mənzil Rusiya raketləri ilə vurulmuş, yeddi yaşlı qız atası ilə birlikdə həlak olmuşdu.

Qızın anasının da yaralandığı hücumdan sonra Antovun WhatsApp statusunda görünən mesajda “Bunu terrordan başqa adlandırmaq çox çətindir” yazılıb.

Mesaj sonradan silinib və Antov sosial şəbəkədə Rusiya prezidenti Vladimir Putini dəstəklədiyini və “ölkəsinin vətənpərvəri” olduğunu bildirib.

Antov Ukrayna müharibəsini dəstəkləmişdi.

WhatsApp-da yazılan mesajla bağlı rusiyalı iş adamı “Mesajı təsadüfən paylaşdım. Bu, çox məyusedici bir anlaşılmazlıq idi” demişdi.

Sentyabrda Rusiyanın neft nəhəngi “Lukoyl”un Direktorlar Şurasının sədri Ravil Maqanov Moskvada xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

Tərcümə:

Günay