“Rusiyanın növbəti hücumundan çox narahatıq” – Moldovanın Baş naziri

  • By admin
  • 26 İyul 2022 12:45

“Rusiyanın növbəti dəfə Moldovaya hücum edəcəyindən çox narahatıq. Heç bir ölkə Vladimir Putin təhlükəsindən sığortalanmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Moldovanın Baş naziri Natalya Qavrilitsa “CNN” telekanalına müsahibəsində deyib.

Baş nazir bildirib ki, bu, hələ ki, hipotetik ssenari olsa da, hər an hərbi əməliyyatlar Ukraynanın cənub-qərb hissəsinə və Odessaya doğru irəliləyə bilər: “Xüsusilə qoşunların separatçı Dnestryanı bölgənin ərazisində olduğunu nəzərə alsaq, biz çox narahatıq. Biz sülhü və sabitliyi qorumaq və döyüşlərin genişlənməməsi üçün əlimizdən gələni edirik. Hazırda davam edən müharibə təkcə Moldova deyil, bir sıra Avropa ölkələrini də çətin vəziyyətə salıb”.

“Əgər bir ölkə beynəlxalq hüququ nəzərə almadan müharibəyə başlayırsa, deməli, bütün dövlətlər üçün təhlükə mövcuddur. Düşünürəm ki, əksər ölkələr bundan narahatdır”, -deyə o bildirib.

Gununsesi.info