“Rusiyanın Qarabağla bağlı məkrli planları ortaya çıxdı…” – Sülhəddin Əkbər

  • By admin
  • 14 İyul 2016 10:45

img2015953

 

Rusiyanın Qarabağ məsələsində aktivliyinin bir səbəbi var Azərbaycanı tam olaraq öz təsir dairəsinə tabe etdirməkdir. Ona görə də Ermənistan-Azərbaycan münaqişəsindəki mövcud status-kvo Rusiyanın maraqlarına uyğun deyil. Rusiya status-kvonu dəyişməklə Azərbaycanla bağlı planlarını reallaşdırmaq istəyir.

Gununsesi. info Azad Demokratlar Partiyasınn sədri Sülhəddin Əkbərlə Qarabağ ətrafında baş verən proseslər və bu proseslərinölkənin ictimai-siyasi həyatına təsirləri barədə səhbətləşib. Onunla müsahibəni təqdim edirik.

Sülhəddin bəy, son dövrlərdə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması prosesində yenidən aktivlik hiss olunmaqdadır. Hər zaman olduğu kimi, bu dəfə də Rusiya təşəbbüsü ələ alaraq, aktivlik göstərir. Bunun arxasında Rusiyanın hansısa məkrli planlarımı dayanır, ya, doğrudanmı, münaqişənin həllində maraqlıdır?

-Bu gün Ermənistan-Azərbayan münaqişəsindəki mövcud  status-kvo Rusiyanı qane etmir. Əgər münaqişə yarananda Rusiyanın məqsədi başqa idisə, indi isə bu yaranmış durum onun xeyrinə deyi. Ona görə status-kvonun dəyişdirilməsinə çalışır. Çünki Rusiya Dağlıq Qarabağ münaqişəsi vasitəsiylə Ermənistan və Azərbaycanı öz geosiyasi təsir dairəsində saxlamaq və lazımi  mərhələdə quracağı imperiyaya daxil etmək hədəfini qoyub. Rusiya Ermənistanda bu niyyətinə nail olsa da, Azərbaycanla bağlı məsələdə istəyinə çatmayıb. Onu istədiyi kimi öz təsir dairəsinə sala bilməyib. Bu  baxımdan, Ermənistan-Azərbaycan münaqişəsindəki mövcud status-kvo Moskvanı qane etmir. Bu gün Rusiyanın Azərbaycanı öz təsir dairəsinə saxlamaq üçün etibarlı rıçaqları yoxdur. O, Azərbaycanı özünün etibarlı formasında təsir dairəsində saxlamaq üçün Dağlıq Qarabağ kartından istifadə edərək, bölgəyə sülhməramlı qüvvələr adı altında  öz hərbi qüvvələrini yerləşdirmək istəyir. Odur ki, Rusiya Azərbaycanı öz təsir dairəsinə salmaq üçün ilkin olaraq, işğal altındakı torpaqlarda öz hərbi qüvvələrini yerləşdirəcək. Rusiyanın aktivliyinin səbəbi də budur.

Demək istəyirsiz ki, Rusiyanın Azərbaycana  qarşı təzyiqləri davamlı olacaq?Əgər belə olarsa, bu təzyiq metdoları nədən ibarət olacaq?

-Bəli, bunun ardınca Rusiya davalı qaydada Azərbaycanı tədricən tam təsir dairəsinə salmaq üçün  digər addımlarını atacaq. Fikir verin, Rusiya öz maraqlarını bölgədə təmin etmək üçün  apreldə Azərbaycan vasitəsi ilə Ermənistana təzyiq edərək, İrəvanı 5 rayonun boşaltıdırılmasına razı saldırdı. İndi də Azərbaycana təzyiq göstərib, öz planlarını reallaşdıracaq.

Amma Rusiyanın Azərbaycanla bağlı planını qəbul etdirməsi qeyri-mümkündür. Çünki Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi işğal altında olan torpaqların uzun müddət yaddan çıxarılmas deyil. Həmçinin, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə birbaşa təhdiddir. Ona görə ki, bunun ardınca Rusiya Azərbaycanın başına  Ermənistanın başına açdığı oyunu açacaq. Bunun ardınca Rusiya Azərbaycanı öz layihələri olan Gömrük İttifaqına, Avrasiya İqtisadi Birliyinə daxil edəcək. İşlər bununla bitməyəcək. Rusiya Azərbaycanın hava məkanına, strateji obyektlərinə, iqtisadi-maliyyə sektoruna, on illər boyu ərzində reallaşdırdığı nəhəng enerji, nəqliyyat layihələrinə, hərbi- sənaye kompleksinə və digər sahələrə nəzarəti ələ keçirməyə çalışacaq. Bunlar isə, Azərbaycanın maraqlarına uyğun deyil. Bütün bunlar ölkənin demokratik və təhlükəsizliyinə ciddi manedir.

– Sizcə, Azərbaycan buna razı olacaqmı?

-Təbii ki, istəməyəcək. Ancaq Moskva müxtəlif təzyiq metodlarından istifadə edib istəyinə nail olacaq. Onu da əlavə edim ki, Azərbaycanla yanaşı ABŞ, Avropa, Türkiyə və İsraildə Rusiyanın Azərbaycanda bu məkrli planlarına qarşı çıxacaq.

– Azərbaycanın Rusiyanın təkliflərinə razı olmayacağı təqdirdə, bizi nə gözləyir?

– Rusiya Ermənistan-Azərbaycan münaqişəsini yenidən alovlandrmaqla İrəvanı aktiv formada dəstəkləyə bilər. İkincisi, 1992-93-cü illərdə olduğu kimi, etnik zəmində problemlər yarada bilər. Beşinci kolonun dəstəyi ilə ölkədə ictimai-siyasi sabitliyi pozar, ən təhlükəlisi isə ondan ibarətdir ki, Azərbaycanda terror hadisələrinə start verər.

– Belə təhlükələrin gözləndiyi bir halda, Azərbaycan hakimiyyəti hansı preventiv addımları atmalıdır?

– Azərbaycan təxirə salınmadan  daxili və xarici siyasətlə bağlı kompleks tədbirlər planı həyata keçirməlidir. Qısaca  demək mümkünsə, siyasi, iqtisadi, hüquqi, hərbi sahədə islahatlar həyata keçirilməlidir. Demokratik proseslərə təkan verilməlidir.

Bununla yanaşı, milli birliyə nail olmaq üçün ictimai və siyasi dialoq aparılmalıdır. İndiki mövcud mürəkkəb şəraitdə milli birliyə nail olmadan xalqın xaricdən, xüsusən də Rusiyadan gözlənilən təhlükələrdən qorumaq  üçün müqavimətini təşkil etmək asan deyil.

Xarici siyasətdə də təxirəsalınmaz  planları  reallaşdırıb Türkiyə, Amerika, Avropa Birliyi və İsraillə  mövcud əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə qaldırmaq lazımdır. NATO ilə xüsusi statusla tərəfdaşlığa nail olmaq lazımdır. Bu planlar həyata keçiriləcəyi təqdirdə, adıçəkilən ölkələr və təşkilatlar gözlənilən təhlükələr zamanı Azərbaycanı müdafiə edə bilərlər. Odur ki, Azərbaycanın daxili və xarici siyasət vektorları bir-birini tamamlamalıdır.

-Ölkəni belə təhlükələr gözləyəndə cəmiyyətin bütün qüvvələri, iqtidar- müxalifətindən asılı olmayaraq bir araya gəlib cəmiyyətin müqavimətini təşkil edir. Ancaq bu gün Azərbaycan müxalifətinin bu istiqamətdə hər hansı fəaliyyətinin şahidi deyilik. Bunun səbəbi nədir?

– Biz zamanında deyəndə ki, hakimiyyətin demokratik qüvvələri sıradan çıxarılması planı səhvidir, hakimiyyət bunu qəbul etmək istəmirdi. Çünki ölkə daxilində demokratik müxalifət  sıradan çıxarılarsa,   onun yeri boş qalır. O yeri  daha radikal və silahlı  müxalifət tutur. Biz qonşu ölkələrdə baş verən hadisələrdə dediklərimizin şahidi oluruq.

– Yəni, Azərbaycanda da siyasi müxalifətin yerini silahlı müxalifət  və radikal dini qruplaşmalar tutmağa çalışır?

– Bəli. Bu boşluq radikal dini qüvvələrlə yanaşı, Azərbaycanda sabitlyin pozulmasında maraqlı olan xarici ölkələrin nəzarətində olan dini, etnik və silahlı qüvvələrlə doldurula bilər və bu realdır. İndiki mürəkkəb sosial-iqtisadi vəziyyəti nəzərə alsaq, dediklərim qaçılmaz olacaq. Ona görə də hökumət nə qədər ki, gec deyil səhvini düzəltməlidir. Hakimiyyət özü demokratik müxalifətin tez bir zamanda reablitasiya olunub güclənməsinə imkan yaratmalıdır. Lazimı məqamda belə təhlükələrin qarşısını birlikdə almaq mümkün olsun. Əks təqdirdə, demokratik müxalifət zəif olduqda, cəmiyyət  dəyişiklik istədiyindən demokratik müxalifətin arxasınca deyil, radikal qüvvələrin arxasınca gedəcək. Çünki xalq da getdikcə radikallaşır və aqressivləşir.

– Bu məsələdə müxalifətin də yetərincə səhvi var. Pərakəndəlik mövcuddur. Daxilli ittihamlar və sair…

– Təbii. Bu faktorların hamısı var. Səbəb çoxdur. Müxalifətin zəifləməsinin digər səbəblərindən biri də, hakimiyyətin seçkini saxtlaşdırması, digrə metodlarla  məqsədyönlü şəkildə müxalifəti sıradan çıxarmasıdır. Müxalifərt daxilində parçalanma yaradıb, alterntivlər yaratmaqla zəiflədib. Son iki yada mətbuata nəzər salın, görəcəksiniz ki, 20-25 il bundan öncəki söhbətlər ortaya atmaqla müxalifətdaxili prosesləri qızışdırır. Bunu edən kimdir? Təbii, Rusiya və onun Azərbaycandakı “beşinci kolon”un adamlarıdır. İndiki şəraitdə biz çalışıb milli birliyə nail olmağa çalışmalıyıq. Onsuz da Azərbaycan kiçik ölkədir. Ərazilərinin bir qismi işğal altındadır. Biz belə təhlükələrə hazır olmalıyıq və cəmiyyəti gözlənilən təhlükələrin qarşısını almağa hazır olmalıyıq.

Mürtəza Bünyadlı

Gununsesi.info