Rusiyanın İTKİLƏRİ AÇIQLANDI

  • By admin
  • 12 Mart 2022 12:34

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, indiyədək 12 000-dən çox hərbçi zərərsizləşdirilib. Rusiyanın  58 təyyarəsi, 83 helikopteri, 362 tankı, 1 205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 62 reaktiv yaylım atəş sistemi, 585 avtomobil texnikası məhv edilib.

“Məlumatlar daha dəqiq olur. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir”, – məlumatda vurğulanıb.

Gununsesi.info