Rusiyaya görə ixracın 53 faizi itirilib

  • By admin
  • 05 İyul 2016 10:56

 

 

e293737a0542cb73c9f7e3e9cea43415

 

Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri genişləndirməsi Ukrayna mallarının bu ölkə üzərindən ixracına ciddi ziyan vuracaq. Gununsesi.infoAPA-Economics”ə istinadən xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi məlumat yayıb. Agentliyin Ukraynanın iqtisadiyyat nazirinin müavini Natalya Mikolskaya istinadən xəbərinə görə, Rusiya prezidenti Vladimir Putinin imzaladığı qərara əsasən, bu ölkənin ərazisindən tranzit olaraq keçən Ukrayna mallarına qarşı məhdudlaşdırıcı tədbirlərin siyahısı genişlənib. “Ukrayna mallarının 98%-i Rusiya üzərindən Qazaxıstana gedir. Pul ekvivalentində söhbət il ərzində 682 milyon dollardan gedir. Rusiyadan tranzit keçməklə mallarımızın 93,9%-i Qırğız Respublikasına ixrac olunur. Bu isə pul ekvivalentində 70 milyon dollar edir”, – deyə nazir müavini qeyd edib.

O əlavə edib ki, cari ilin I rübündə Rusiya tərəfinin məhdudlaşdırıcı tədbirləri nəticəsində Ukrayna Qazaxıstana ixracın 47,9%-ni, Qırğız Respublikasına 70%-ni, Azərbaycana 53%-ni, Türkmənistana 44%-ni, Özbəkistana 35%-ni, Tacikistana 53%-ni itirib.

Gununsesi.info