Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

22 Fevral 2018
21 Fevral 2018

27 May 2016 - 10:14

Rusiyaya qarşı sanksiyalar davamlı olacaq

putin-maraqli-300x225

Minsk razılaşmaları tam icra olanadək Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq və lazım gəldikdə daha da sərtləşdiriləcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Böyük yeddilik” (G7 ) ölkələrinin liderlərinin Yaponiyada keçirilmiş sammitinin bəyannaməsində deyilir.

“Biz təsdiqləyirik ki, Rusiyaya qarşı sanksiyaların uzadılması Moskvanın Minsk sazişlərinin tam icrasına və Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşılmasına dair hərəkətləri ilə əlaqədardır. Rusiya üzərinə götürdüyü öhdəlikləri tam icra etdikdən sonra sanksiyalar ləğv oluna bilər. Rusiyanın hərəkətləri bunu vadar edərsə, biz ona qarşı əlavə sanksiyalar tətbiq edəcəyik”, – deyə sammitin bəyannaməsində bildirilir.

 

Bununla belə, G7 Ukrayna böhranının nizamlanması üçün Moskva ilə dialoqun davam etdirilməsinin vacibliyini qeyd edib.