“Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər hazırlanıb və baxılması üçün beynəlxalq təşkilatlara verilib. Baxıldıqdan sonra dəyişikliklərlə bağlı təkliflər Milli Məclisə təqdim ediləcək”. Gununsesi.info-nun xəbərinə görə, bunu Trend-ə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, dəyişiklik iki məsələ ilə bağlıdır: “Bu məsələlərdən biri siyasi partiyaların maliyyə hesabatları, digəri isə partiyaların fəaliyyəti ilə bağlıdır. Dövlətdən maliyyələşən və maliyyələşməyən siyasi partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına hesabat təqdim etməlidirlər. Bu hesabatlar MSK-nın internet səhifəsində yerləşdirilir. Həm siyasi partiyaların üzvləri, həm də ictimaiyyət bu hesabatlardan siyasi partiyaların maliyyəsinin mənbəyi, eyni zamanda, maliyyənin xərclənməsi ilə bağlı məlumat əldə edirlər”.
S.Novruzov deyib ki, təəssüflər olsun ki, siyasi partiyaların hamısı bu hesabatı təqdim etmirlər: “Hesabat verən partiyaların bəzilərinin məlumatlarında isə maliyyənin sıfıra bərabər olduğu göstərilir. Amma həmin partiyaların qərargahlarında onlarla insan çalışır, avtomobilləri, cangüdənləri var. Bu baxımdan da qanuna əlavə təklif edilir ki, maliyyə hesabatı verməyən siyasi partiyalar ilə bağlı qanuni tədbirlər görülsün”.
S.Novruzov əlavə edib ki, qanuna təklif edilən digər dəyişiklik siyasi partiyaların fəaliyyəti ilə bağlıdır: “Bir sıra siyasi partiyalar yaranmalarına baxmayaraq fəaliyyət göstərmirlər. Belə hallar da var ki, bu partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir, yəni partiyanı siyasi təşkilat kimi istifadə etmirlər. Dünyanın hər yerində 2 il fəaliyyət göstərməyən partiyanın qeydiyyatı ləğv olunur. Biz də bununla bağlı qanuna dəyişiklik hazırlamışıq”.
Siyavuş Novruzov: “Partiyalar bir sıra imkanlı adamların alqı-satqısına çevrilir”
- By admin
- 27 May 2016 10:23
DİGƏR XƏBƏRLƏR
-
09 Dekabr 2024 22:33
Türkiyə nələr qazandı?
-
09 Dekabr 2024 22:17
Fuad Hüseynəliyev:
-
09 Dekabr 2024 19:44
Hikmət Hacıyev İsrailin XİN başçısı ilə regional vəziyyəti müzakirə edib
-
09 Dekabr 2024 17:54
Namizədliyi irəli sürülən şəxslərin sayı açıqlandı
-
09 Dekabr 2024 16:40
Aviasiya ilə bağlı yeni
-
09 Dekabr 2024 16:40
İsrail prezidenti Hikmət Hacıyevi qəbul etdi
-
09 Dekabr 2024 15:58
ABŞ-dan Qəzza təhdidi:
-
09 Dekabr 2024 14:59
Bəzi səfirlər Azərbaycanın daxili işlərinə müdaxilə edirlər
-
09 Dekabr 2024 14:51
Ceyhun Bayramov müavinini Qətərə göndərib
-
09 Dekabr 2024 14:39
Suriyadakı hərbi bazaların danışmaq tezdir
-
09 Dekabr 2024 14:19
“Acınız bizim də acımızdır”
-
09 Dekabr 2024 14:06
Avropa HTŞ-ni terror təşkilatları siyahısından çıxaracaqmı?