Gununsesi.info azVision.az-a istinadən məlumatına görə, Şəki Penitensiar Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Sadıxov Murtuz Müqbil oğlu tutduğu vəzifədən azad edilib.
Onun yerinə kimin təyin edildiyi hələlik məlum deyil.
Penitensiar Xidmətdən bildirilib ki, təyinatla bağlı rəsmi əmr çıxdıqdan sonra mətbuata məlumat veriləcək.