Səfir: “Ərdoğanla Putinin görüşü tarixi görüş olacaq”

  • By admin
  • 05 Avqust 2016 17:47

erdo-s-petka

 

Ərdoğan və Putin iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxması üçün yol xəritəsini müzakirə edəcək.

Gununsesi.info xəbər verir ki, bu fikri Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib. “RİA-Novosti”-yə açıqlama verən türkiyəli diplomat deyib ki, iki dövlət başçısının lideri iki ölkə arasındakı inkişaf dinamikasını müzakirə edəcəklər: “Əminliklə deyə bilərəm ki, bu bir tarixi görüş olacaq. Bu görüşdə iki ölkə arasındakı bütün sahələr müzakirə olunacaq. Artıq biz bir aydır ki, bu görüşə ciddi hazırlaşırıq. Səfər zamanı prezidentlərin tet-a-tet və geniş tərkibdə görüşlər keçiriləcək”. Türk diplomatı onu da əlavə edib ki, Ərdoğanla Putin “Türk axını”məsələsini müzakirə edəcək. “Ümid edirəm ki, bu görüş təkcə “Türk axını” layihəsinə deyil, ümumiyyətlə Ankara ilə Moskva arasında bütün sahələrin inkişafına yeni impuls verəcək”- deyə, diplomat vurğulayıb. Diplomat həmçinin deyib ki,  görüşdə Suriya və bölgədki proseslər də müzakirə ediləcək.

Gununsesi.info