Səfirlik əməkdaşı Bakıda qəza törətdi - FOTO

  • By admin
  • 20 Fevral 2022 09:25

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadını piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən vurub.

Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.

Gununsesi.info