Səhhəti pisləşdiyi deyilən Rasizadə DANIŞDI

  • By admin
  • 23 Oktyabr 2021 16:15

Azərbaycanın sabiq baş naziri Artur Rasizadə səhhəti ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Gununsesi.info xəbər verir ki, yayılan xəbərlərlə bağlı Modern.az-a danışan 86 yaşlı A.Rasizadə hazırda sağlıq durumunun çox yaxşı olduğunu bildirib.

O qeyd edib ki, narahat olmağa heç bir əsas yoxdur:

“Kefim də yaxşıdır, səhhətim də… Hətta lap əlayam”.

A.Rasizadə deyib ki, doğrudan da bugünlərdə xaricdə – Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olub:

“Artıq Bakıya dönmüşəm və hazırda evimdə dincəlirəm”.

O, Dubaya nəvələri ilə bir həftəliyə gedibmiş.

Gununsesi.info