Şəhid ailələrindən sabiq bələdiyyə sədri ilə bağlı Prezidentə və I vitse-prezidentə MÜRACİƏT

  • By admin
  • 23 İyul 2021 15:48

Bu ilin fevralında Daşkəsən rayonu Xoşbulaq kənd bələdiyyəsinin sabiq sədri Allahverdiyev Rasim Məhəmməd oğlu baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir sıra maddələri (308.2, 311.3.1, 311.3.2, 311.3.3, 313-cü maddələri) ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilib. 

Gununsesi.info xəbər verir ki, Moderator.az-a ünvanlanan məktubda isə Rasim Allahverdiyev haqqında ittihamlarla barışmayan bir qrup şəhid ailəsi və Xoşbulaq sakini Azərbaycan Prezidenti İlham Əliyevə və birinci vitse prezident Mehriban xanım Əliyevaya müraciət edərək sabiq bələdiyyə sədrinin azadlığa buraxılması üçün müvafiq qurumlara göstəriş verilməsini xahiş edirlər.

Qeyd edək ki, cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır.