Vilayət Quliyev səfir vəzifəsindən geri çağırıldı

  • By admin
  • 23 İyul 2021 15:22

Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Gununsesi.info-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, sabiq xarici işlər naziri olan V.Quliyev 2010-cu ildən bu günə kimi Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.