Şəhid xanımının atası: “Qızımı planlı şəkildə öldürüb” - VİDEO

  • By admin
  • 14 May 2023 12:21

Ötən gün Vətən müharibəsi şəhidi Saleh Qurbanovun xanımı Ləman Qurbanova qaynı tərəfindən qətlə yetirilib.

Gununsesi.info “Baku Tv”yə istinadən xəbər verir ki, mərhumun atası qızının ölümünün planlı şəkildə həyata keçirildiyini bildirib.

“Uşağımı pirə aparıb. Bir-iki ay bundan əvvəl qaynı qızıma hücum etdi, onun başını kəsirdi. Nədi-nədi qızım telefon işlədir. Telefonu bütün dünya işlədir, hamının qızı, gəlini işlədir, əxlaqsızlıq eləmir ki!

 

Hadisə günü zəng etdim ki, haradasız? Dedi ki, Sumqayıta çatırlar. Dedim, uşağı evə gətir. Dedi ki, niyə narahatsan, narahat olma. O, qızımı planlı şəkildə öldürüb”, – L.Qurbanovanın atası qeyd edib.

 

Gununsesi.info