Şəhidin sevgilisi onu “Sevgililər günü”nü belə təbrik etdi - ÜRƏKPARÇALAYAN FOTO

  • By admin
  • 14 Fevral 2018 18:24
Şəhid Mahir Quliyevin məzarı önündə çəkilən foto yayılıb.
Gununsesi.info a24.az-a istinadən xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Mahir Quliyevin sevgilisi “Sevgililər günü”ndə məzarını ziyarət edib.
Yayılan foto hər kəsi kövrəldib.
Qeyd edək ki, Quliyev Mahir Qədir oğlu 1993-cü ilin dekabrında dünyaya gəlib. Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.
Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
Gununsesi.info