Şəkidə iki nəfəri it dişlədi - BİRİ UŞAQDIR

  • By admin
  • 16 Mart 2018 22:59


Şəkidə biri uşaq olmaqla iki nəfəri sahibsiz it dişləyib

Gununsesi.info apa-ya istinadən məlumat verir ki, bu gün axşam saatlarında rayonun Çələbixan qəsəbə sakini, 2000-ci il təvəllüdlü Afət Kazımlı sağ budun, rayonun Baş Laysqı kənd sakini, 2011-ci il təvəllüdlü Emil Həmidov isə sağ baldırın it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı hər iki şəxs yaşadığı kəndin ərazilərində sahibsiz itin hücumuna məruz qaldığı məlum olub.

Hər iki şəxsə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Gununsesi.info