Səlim Müslümov pensiyaların neçə faiz artdığını AÇIQLADI

  • Müəllif: admin
  • 10 Fevral 2018 10:27

“Fevral ayının pensiyalarının ödənişi zamanı pensiyalar yanvar və fevral aylarındakı artımlarla birlikdə ödəniləcək”. 

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov  mətbuat konfransında deyib.

O bildirib ki, əmək pensiyalarının artımı sığorta hissəsinin üzərinə əlavə olunur: “2017-ci il üzrə orta aylıq əmək haqqının artım tempi 5,7 faiz təşkil edib. Buna uyğun olaraq da pensiyalar 5,7 faiz artırılacaq”.

Gununsesi.info