Səməd İslamov: “Ərazidə elektrik dirəklərinin saxlanması problemlər yaradır”

  • By admin
  • 20 İyun 2016 17:27

icraaaaa

 

“Mustafa Sübhi küçəsi 60 ünvanında elektrik və qaz xətllərinin kəsilməsiylə bağlı Yasamal Rayon İcra Hakimiyyətinin bu haqda məlumatı yoxdur. Bununla əlaqədar icra hakimiyyətindən heç bir göstəriş verilmir”. Bu haqda Gununsesi.info-ya Yasamal rayon icra başçısının 1-ci müavini Səməd İslamov saytımızda gedən “Yasamal RİH-nin başçısı bizimlə küçə itindən də betər münasibət göstərir” sərlövhəli xəbərə münasibət bildirərklən deyib. Onun sözlərinə görə, ərazidə həddindən artıq böyük söküntü işləri aparılıb: “3500-dən artıq bina söklüb. 100-ə yaxin binaya isə hələ toxunulmayıb. Ərazidə söküntü aparılan zaman bu çür kommunikasiya boruları və xətlərin saxlanması bu təşkilatlar üçün problemlər yaradır. Söküntü işlərində ağır texnikadan istifadə edildiyinə görə, tez-tez hadisələr baş verir. Xüsusi ilə də, təbii qazın verilməsində çox ciddi problemlər yaranır. Ona görə, hələ sökülməmiş binalara qaz verilməsində problemlər yaranır. Lakin buna baxmayaraq, imkan daxilində təbii qaz verilməsi mümkündürsə, onları bərpa edirlər”-, deyə o bildirib.

S.İslamov onu da vurğulayıb ki, baş verəcək belə hallarla bağlı köçürülməli binaların sakinləri komissiyaya dəvət olunaraq xəbərdar ediliblər: “Hətta ərazidə elektrik dirəklərinin saxlnması belə söküntü işləri aparan təşkilatlara problemlər yaradır. O ki qaldı mənzillərdən kv sahələrin azaldılmasına, icra hakimiyyəti olaraq, biz raziyiq mətbuatın iştirakıyla yenidən ölçülsün. Bizim nə marağımız ola bilər ki, sakinlərin faktiki sahələrini azaldaq? Gəlsinlər, şəffaflıq üçün ölçək. Əgər dedikləri kimi yaşayış sahəsi 100 kv.m olarsa, həmim məbləğ sözügedən mənzilin sahibinə ödəniləcək. Ancaq söylənilənlər həqiqətəuyğun deyil. Əksinə, biz çox istəyirik ki, vətəndaşlar razı qalsınlar və daha rahat evlərə köçsünlər”.

Xatırladaq ki, Bakının “Sovetski” adıyla məşhur olan ərazisində Mustafa Sübhi küçəsi 60 ünvanındakı tarixi binanın 2 gündür elektik və qaz xətlləri kəsilib. Sözügedən binanın sakini Mahirə Nurməmmədova Gununsesi.info-ya bildirib ki, bina qorunan tarixi abidələr siyahısında olsa da, Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları sakinlərə xəbərdarlıq etmədən yaşayış evlərinin komunikasiya xətlərini kəsib.

Gülnaz Qənbərli