Şəmkir rayonunda yanğın hadisəsi baş verib

  • Müəllif: admin
  • 17 Dekabr 2017 20:28

Şəmkir rayonu, Qasımalılar kəndində ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları 15 m² sahədə və talvarın altına yığılmış 10 ton ot bağlamasının 3 tonu yanıb.

Gununsesi.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, talvarın və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info