Şəmkirdə elektriki cərəyan vurub.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb.
Kənd sakini 1957-ci il təvəllüdlü Əhmədov Vaqif Cəbrayıl oğlu elektrik dirəyində naqil birləşdirərkən cərəyan vurması nəticəsində yerə yıxılıb. Bədən xəsarətləri alan V. Əhmədov Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma gedir.
Gununsesi.info












