Şəmkirdə evdə yanğın oldu, xəsarət alan var

  • By admin
  • 13 Mart 2022 09:21

Şəmkirdə yanğın hadisəsi olub.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Rayonun Yuxarı Seyfəli kəndində ümumi sahəsi 140 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info