Sənaye məhsullarının istehsalı ildən-ilə daralır - STATİSTİKA

  • Müəllif: admin
  • 17 May 2017 15:06

Emal Senayesi

Sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 6 faiz azalıb.

Gununsesi.info xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi aylıq hesabatında məlumat açıqlayıb.

Məlumatda bildirilir ki, 4 ay ərzində 12,6 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Beləliklə, sənaye sektorunun ana özəyini təşkil edən mədənçıxarma sektorunda neft hasilatı 9,5 faiz, əmtəəlik qaz hasilatı isə 0,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı 2,4 faiz artıb, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,2 faiz azalma müşahidə edilib.

Neft hasilatında azalma deyəsən, bu sektoru məhsul istehsalına da mənfi təsir göstərib. Belə ki, neft məhhsullarının istehsalı 7,5 faiz azalıb.

Vüsalə Rüstəmova

Gununsesi.info