“Sərhəd” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb

  • By admin
  • 05 İyul 2017 10:35

01

Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Gununsesi.info xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə hər il ənənəvi olaraq təşkil edilən “Sərhəd” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənc nəsli Vətənə hörmət ruhunda tərbiyə etmək, yaradıcı, düşünən, sağlam gənclər yetişdirmək və onlarda sərhədçi peşəsinə marağı artırmaqdır.

Oyunların nəticələrinə əsasən, I yeri Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Şimşək” komandası, II yeri Cəlilabad rayonu Ləkin kənd tam orta məktəbin “Ləkin” komandası, III yeri isə Beyləqan rayonu Araz qəsəbəsi 1 nömrəli tam orta məktəbin “Araz” komandası tutub.

Qeyd edək ki, qaliblərə diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Anar

Gununsesi.info