Sərnişin təyyarəsinin qəzaya düşdüyü an – VİDEO

  • By admin
  • 21 Mart 2022 15:27

“Boinq-737” sərnişin təyyarəsinin qəzaya düşdüyü anın görüntüləri yayılıb.

Gununsesi.info  xəbər verir ki, videoda təyyarəyə bənzəyən obyektin sürətlə yerə düşdüyü görünür. Əsas diqqəti cəlb edən isə təyyarənin tam vertikal şəkildə yerə düşməsidir.

Qeyd edək ki, qəza Çinin cənubunda, Quansi-Çjuan muxtar rayonunda baş verib. Göyərtədə 132 nəfər olub. Hazırda onların axtarışları gedir. Qəzadan sonra baş verən meşə yanğını söndürülüb.

Gununsesi.info