Sərnişinlərin nəzərinə! – Şəhərlərarası bütün istiqamətlərdə reyslər var

  • By admin
  • 19 Mart 2020 13:26

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası bütün istiqamətlərə avtobus reysləri fəaliyyətini davam etdirir.

Gununsesi.org xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Beynəlxalq Avtovağzalı Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova bildirib.

P.Məmmədova qeyd edib ki, vətəndaşlar reyslərlə bağlı əlavə məlumat almaq üçün (012) 406-01-58/59 nömrəli “Məlumat Mərkəzi”nə zəng edə, eyni zamanda info@avtovagzal.az email ünvanı və ya Bakı Beynəlxalq Avtovağzal Kompleksinin facebook səhifəsinə yaza bilərlər.

 

Gununsesi.org