Səudiyyə Ərəbistanı Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir” - SAMİR ŞƏRİFOV

  • By admin
  • 23 Sentyabr 2019 21:30
“Səudiyyə Ərəbistanı Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir”. 
Gununsesi.org xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov Səudiyyə Ərəbistanı Krallığının Milli Gününə həsr olunmuş tədbirdə deyib.
Nazir bildirib ki, qardaş ölkə işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir.
“Azərbaycan Səudiyyə Ərəbistanının prinsipial mövqeyini yüksək qiymətləndirir”, – deyə nazir vurğulayıb. S. Şərifov əlaqələrin daha güclənəcəyinə əminliyimi ifadə edib.
Gununsesi.org