Səudiyyə Ərəbistanında 10 qadağa - ARAŞDIRMA

  • By admin
  • 31 Oktyabr 2018 12:54

Səudiyyə rəsmiləri 208-ci ilin mart ayından ölkədə son 30 il ərzində ilk dəfə olaraq kinoteatrların yenidən açılacağını bildirib.

Səudiyyə Ərəbistanında 1970-ci illərin sonunadək kinoteatrlar fəaliyyət göstərib, lakin mühafizəkar ruhani dairələrinin təzyiqi nəticəsində bağlanmışdı.

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman hazırda ölkədə sosial və iqtisadi islahatlar həyata keçirir, və həmin islahatlar paketi çərçivəsində həyatın bir çox sahələrinə daha geniş sərbəstlik verir.

Bununla belə, Səudiyyə Ərəbistanında əhalinin müxtəlif təbəqələri və həyatın müxttəlif sahələrinə aid olan xeyli sayda qadağalar qüvvədə qalmaqdadır.

Həmin qadağaların əksəriyyəti qanuna yox, adət-ənənəyə və yerli ruhanilərin qərarlarına söykənir.

Presentational grey line

1. Qadın hüquqları

Саудовская Аравия 
Yanında kişi müşayiəti olmadan səudiyyəli qadın evdən bayıra ayaq basa bilməz.

Qadağaların bir qismi qadın hüquqlarına aiddir.

  • Qadını kişi müşayiət etməlidir – əri, və ya atası, qardaşı, əmisi, babası, və ya oğlu. Kişi icazəsi olmadan, qadın nə işə düzələ bilər, nə ölkədən və ya evdən çıxa bilər, nə də ki bankda hesab aça bilər.
  • Bayırda və ya özgə kişilər olan yerdə qadınlar başı və qolları örtən əbada gəzməlidir. Bu tələb qanunda yazılmasa da, əxlaq polisi bu qaydanın gözlənilməsinə nəzarət edir, bədənə yapışan və saçı tam örtməyən əbaya görə qadınları həbs edir.
  • Qohum və ya mağaza satıcısı olmayan kişilərlə söhbət etmək qadağandır, mağazada yeni paltar əyinə geyib ölçmək qadağandır.
  • Qadın kişi müşayiəti olmadan qəbiristanlığa və idman tədbirinə gedə bilməz, sensuradan keçməmiş moda jurnallarının oxunması da yasaqlanıb.

2017-ci ildə vəliəhd Məhəmməd bin Salmanın verdiyi fərmana uyğun olaraq 2018-ci ildən qadınlara avtomobil sürmək və idman tədbirlərinə baş çəkmək icazə olunacaq.

Presentational grey line

2. Rəqs

2017-ci ilin avqustunda Ciddədə yolu keçərkən makarena rəqsini ifa edən yeniyetmə həbs olunmuşdu. Polisi polkovniki Ətti bin Əttiyə Kureyşi deyib ki, oğlan yol hərəkəti qaydalarını və ədəb qaydalarını pozduğuna görə saxlanıb.

Плакаты саудовской Национальной комиссии по борьбе с наркотиками предупреждают об опасности движений танца Dab
Narkotik əleyhinə Səudiyə Milli komissiyası Dab rəqsində edilən hərəkətlərin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

Elə həmin ayda da, canlı yayımda Dab rəqsinin hərəkətlərini ifa etdiyinə görə müğənni və teleaparıcı Abdulla Şahani polis tərəfindən saxlanılmışdı. Narkotik əleyhinə Səudiyə Milli komissiyası Dab rəqsinin narkotiki təbliğ etdiyini güman edir.

Qadın və kişinin birgə rəqs etməsi də qadağandır.

Presentational grey line

3. Müqəddəs Valentin Günü

РозыFotonun müəllifiGETTY IMAGES
Image captionFevral ayının müəyyən günlərində belə güllər qətiyyən qadağandlr

Səudiyyə Ərəbistanında Müqəddəs Valentin Günündə qızılgül və ya qırmızı rəngli başqa məhsul satmaq, həmçinin ürək şəklində hazırlamaq qadağandır.

Müvafiq dövlət komitəsi bu qadağanı Şəriət qanununlarının müdafiəsi məqsədi ilə təsis edib.

Komitənin qəldiyi qərara əsasən, həmin günün bayram edilməsi İslam ənənəsinə ziddir və günaha torədilməsinə səbəb ola bilər.

Presentational grey line

4. Pokemon

Покемоны 
Müsəlman ruhaniləri hesab edir ki, pokemonlar Səudiyyə vətəndaşlarının mənəviyyatını pozur.

2001-ci ildə Səudiyyə Ərəbistanı Üləmalar Şurası pokemonları qadağan edib.

Fitva 2016-cı ildə, Pokemon Go oyunu ortaya çıxanda bir daha təsdiq olunub.

Din xadimləri bu oyunun qumara bənzədiyini, Darvinin təkamül nəzəriyyəsinə söykəndiyini, oyunda mason və sionist rəmzlərindən istifadə olunduğunu qeyd edib.

Presentational grey line

5. Harry Potter

Крест
Falçılıq və cadugərliyə Səudiyyədə qadağandır.

Səudiyyə Ərəbistanı rəsmilərinin falçılıq və cadugərliyə münasibəti sərtdir.

Buna görə Harry Potter haqqında bütün kitab və filmlər qadağan edilib.

Ölkənin polis sistemində cadugərliklə mübarizə aparan xüsusi bir şöbə fəaliyyət göstərir.

Presentational grey line

6. Kilsələr və məbədlər

Крест
Səudiyyə Ərəbistanda xristianlar və digər təriqətlərin ardıcılları yalnız evlərində dua edə bilərlər. Qeyri-müsəman rəmzləri qadağandır.

Səudiyyə Ərəbistanı hakimiyyət orqanları xristianlara ölkəyə daxil olmağa icazə verir, lakin ictimai yerlərdə açıq şəkildə ibadət və dua etmələrinə icazə vermir.

Kilsələrin tikintisinə də icazə verilmir.

Xristianlar yalnız öz evlərində dua edə bilərlər.

Eyni qaydalar sünnilərdən başqa, digər təriqət nümayəndələrinə də aiddir.

Son vaxtlaradək yəhudilərə Səudiyyəyə gəlmək qadağan idi.

Lakin 2014-cü ildə Əmək Nazirliyinin dərc etdiyi siyahıya əsasən, 10 din nümayəndələrinə ölkədə özəl əsasda fəaliyyət göstərmək icazəsi verilmişdir. Həmin siyahıya yəhudilik, kommunizm və qeyd olunduğu kimi “dinin yoxluğu” da daxil edilmişdi..

İsrailin yəhudi vətəndaşlarına ölkəyə giriş hələ də qadağandır.

Eyni zamanda İsrail vətəndaşı olan minlərlə müsəlman ərəb İsrail pasportu ilə hər il Məkkəyə həccə gəlir.

Birinci Körfəz müharibəsi dövründə Səudiyyə Ərəbistanında 450 minə yaxın ABŞ əsgəri yerləşdirildi. Onların arasında yəhudilər, qadınlar və ordu rahibləri də var idi.

O zaman Ər-Riyad özünü bütün bunlardan xəbəri olmamış kimi aparırdı.

Presentational grey line

7. Fotoqrafçılıq

Фотоаппарат
Kral ailəsinə aid sarayların çəkilişi qadağandır.

Səudiyyə Ərəbistanında fotoqrafçılıq qadağan olunmayıb.

Lakin kral ailəsinə aid olan bina və sarayların şəklini çəkmək qadağandır.

Küçədə kişilərin şəkillərini çəkmək üçün onların şəxsi icazəsi tələb olunur. Küçədəki qadınları isə heç bir halda çəkmək olmaz.

Presentational grey line

8. Kabab

Лондон
Səudiyyədən fərqli olaraq, Londonda çəmənlikdə yemək yemək uçun toplaşmaq qadağan deyil.

Şəxsi bağlarda kabab hazırlamaq, toplaşmaq qadağan deyil.

Lakin digər yerlərdə polisin icazəsi olmadan toplaşmaq, kabab hazırlamaq qadağandır.

Presentational grey line

9. Adlar

Мекка 

Səudiyyə Ərəbistanında qadağan olunmuş adların rəsmi siyahısı mövcuddur.

Yeni doğulmuş körpəyə Malikə və ya Bünyamin adı vermək istəyirsinizsə, buna icazə verilməyəcək.

Bəzi adlar dini səbəblərə görə qadağan olunmuş adlar siyahısına düşüb.

Oğlana Nəbi və ya qıza Nəbiyə adı verilə bilməz.

Ancaq bəzi adlar qara siyahıya siyasi səbəblərdən, görünür, düşüb.

Bünyəmin adı İsrailin Baş nazirinə görə, Əbdül Nasir isə ölkəsində islamçıları təqib edən Misirin keçmiş prezidentinə görə həmin siyahııya salınıb.

Presentational grey line

10. Alkoqol və donuz əti

блюдо со свининой 

Səudiyyə Ərəbistanında alkoqol və donuz əti tamamilə qadağan olunub.

Onlar idxal oluna və ya ölkədə istehsal edilə bilməz.

Tərkibində donuz əti və ya alkoqol olan məhsulların da ölkəyə idxalı qadağandır.

Halal kəsilməyən heyvan əti də qadağan olunub.

Bu səbəbdən qoyun ölkəyə gətirilib kəsilir və ya xaricdə qeyri-islam ölkəsində kəsilirsə, heyvanı halal qaydası ilə kəsə bilən müsəlman işçilərə həmin iş tapşırılır.

Presentational grey line

… və indi icazəli olan Skype

2 женщины
Səudiyyə Ərəbistanında 2017-ci ilin sentyabrına qədər IP-telefon xidməti göstərən Facebook, Whatsapp və digər provayderlər qadağan olunmuşdu.

Rəsmilər bu xidmətlərdən müxalifət qüvvələrinin istifadə edəcəyindən ehtiyat edirdi.

Lakin qadağalar daimi deyil və indi ölkə sakinləri səsli İnternet bağlantısından istifadə edə bilir.

BBC