Səudiyyə Ərəbistanında ilk dəfə Yeni il bəzəkləri satışa çıxarılıb

  • By admin
  • 23 Dekabr 2020 20:27

Səudiyyə Ərəbistanında ilk dəfə Yeni il ərəfəsində bayram bəzəkləri mağazada satışa çıxarılıb.

Paytaxt Ər-Riyad sakinləri bu bəzəkləri almaq üçün mağazaya axın ediblər. Santa Klaus, bəzədilmiş yolka və digər Yeni il atributlarını mağazada görən Krallığın vətəndaşları öz heyrətlərini gizlətməyib. Belə ki, ötən illər bu bəzək əşyalarının açıq satışda olması sadəcə mümkün deyildi. Onların alıcıları isə, əsasən, Livan və Suriyadan olan köçkünlərdir.

Ekspertlər bundan əvvəlki islahatlarla birlikdə, Yeni il bəzəklərinin satışa çıxarılmasını da Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın həyata keçirdiyi “müasir İslam” tendensiyasının təzahürü olduğu qənaətindədir. Məhz onun təklifi əsasında 2016-cı ildə bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə proqram hazırlanıb və həyata keçirilir. Bu ilin fevralında Səudiyyə Ərəbistanında İslama zidd hesab edilən Valentin Günü münasibətilə mağazalarda qızılgül satışına və onun restoranlarda qeyd edilməsinə də icazə verilib.

 

Gununsesi.info