Səudiyyəyə atılan raketləri husilərə keçmiş prezident verib

  • By admin
  • 23 Sentyabr 2019 20:12

“Yəməndəki husilər raket radiusunu artırıblar ki, bunun da sayəsində Səudiyyə Ərəbistanındakı neft obyektlərinə zərbə endirə biliblər”.

Gununsesi.org xəbər verirki, bunu CBS-yə müsahibəsində İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

Onun sözlərinə görə, husilər silahı eks-prezident Əli Abdullah Salehdən əldə ediblər.

Zərif, Salehin bu silahı hakimiyyətdə olduğu müddətdə Səudiyyə Ərəbistanı pulları hesabına qazandığını bildirib.

XİN rəhbəri husilərin silahları təkmilləşdirəcək texnologiyalara sahib olduğunu da deyib.

 

 

Gununsesi.org