Səyyar satış qadağan olunur –  Mayın 1-dən sonuna qədər…

  • Müəllif: admin
  • 03 May 2017 19:35

395926-300x225

 

Bakı şəhər İcra hakimiyyətinin (BŞİH) Xidmət və Ticarət Departamenti IV İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Trend-ə açıqlamasında departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, xidmət əməkdaşlarına ciddi tapşırıq verilib: “Departamentin bütün əməkdaşları mayın 1-dən gücləndirilmiş iş rejimində çalışır. Bu iş rejimi ayın sonuna qədər davam edəcək. Əsas məqsəd IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və oyunlar zamanı metroların giriş-çıxışlarına, avtobus dayanacaqlarına, əhalinin sıx olduğu ərazilərə nəzarəti gücləndirməkdir. Mayın 1-dən sonuna qədər əməkdaşlarımız həmin ərazilərə təhkim olunub, səyyar satışın qarşısı alınır. Bu isə paytaxt sakinləri və turistlərin rahatlığını təmin etmək məqsədi daşıyır”.

 

Gununsesi.info