S-300-lər Suriyada ABŞ-a qarşı yerləşdirilib – Zaxarova

  • By admin
  • 08 Oktyabr 2016 17:50

zaxarova

 

S-300 kompleksləri Suriyada ABŞ-ın bu ölkədəki aerodromlara aviazərbələr endirəcəyi informasiyasından sonra yerləşdirilib.

Gununsesi.info xəbər verir ki, bunu “Dojd” televiziyasına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

Qeyd edək ki, Rusiya bundan öncə Suriyada S-300VM Antey-2500 zenit raket komplekslərini yerləşdirib. Bu zenit raket kompleksləri kiçik və orta mənzilli ballistik raketləri məhv etmək qabiliyyətindədirlər.

 

Gununsesi.info