XƏBƏR LENTİ

17 Fevral 2018

24 May 2016 - 22:29

Saakaşvili Ukraynada yeni partiya yaradır
saakashvili
Ukrayna Baş Prokurorunun keçmiş müavini David Sakvarelidze Odessa vilayətinin dövlət administrasiyasının rəhbəri Mixeil Saakaşvilinin iştirakı ilə yeni siyasi partiyanın yaradılacağını bildirib. Bu barədə Ölkə.Az “İnterfaks” agentliyinə istinadən məlumat verir.
“Ukraynada birinci sağlam siyasi qüvvənin yaradılması məqsədi ilə bütün sağlam siyasi və vətəndaş təşkilatarı ilə fəal məsləhətləşmələr aparılır. Sağlam siyasi platforma oliqarxların, prezidenin layihəsi olmayacaq, bu iflasa məhkum müvəqqəti xarakter daşıyan, dövlətin inkişafına mane olan bir partiya olmayacaq”, deyə Sakvarelidze bu gün Xarkovda keçirilən mətbuat konfransında bildirib.
Sakvarelidze hər hansı köhnə partiyanın bazasında, ad dəyişdirməklə deyil məhz yeni bir siyasi platformanın yaradılacağını vurğulayıb. Bu partiya kiçik və orta biznesə diqqət yetirəcək, yeni siyasi qüvvənin ideoloqlarından biri isə Mixeil Saakaşvili olacaq.
“Partiyanın maliyyələşməsi şəffaf şəkildə yerinə yetiriləcək. Hər kəs partiyanın hardan maliyyələşəcəyini görəcək. Bizə zəhərli oliqarx pulları lazım deyil”, deyə keçmiş prokuror müavini vurğulayıb.