Saatlıda dəhşətli qəza - SÜRÜCÜ DÜNYASINI DƏYİŞDİ

  • Müəllif: admin
  • 18 Sentyabr 2017 21:31

qeza_0235

Saatlı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Cabbarov Şakir Əlipaşa oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü ölüb.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info