Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

  • By admin
  • 19 Yanvar 2018 16:36


20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri – iş günü olacaq.

Bu barədə “Report”a Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

 

Gununsesi.info