Sabah 42 dərəcəyədək isti olacaq - PROQNOZ

  • By admin
  • 19 İyul 2016 12:46

m

 

İyulun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-27, gündüz 32-37° isti, Bakıda gecə 24-26, gündüz 34-36° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 17-22, gündüz 27-32° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-40 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24°, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyulun 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Gununsesi.info