Dövlət Baxçalı: “ABŞ Güləni dərhal Türkiyəyə təslim etməlidir”

  • By admin
  • 19 İyul 2016 12:48

baxçali

 

MHP lideri Dövlət Baxçalı ABŞ hökumətinə müraciət edərək terror təşkilatının başçısı Fətullah Gülənin Türkiyəyə təslim etməyi tələb edib. Gununsesi.info “Anadolu”ya istinadən xəbər verir ki, Baxçalı iyulun 15-də baş verən hərbi çevrilişə görə ABŞ-ı tənqid atəşinə tutub: “Türkiyə okeanın o tayından bombardmana məruz qalıb. Ona görə də, ABŞ o terror başçısını dərhal Türkiyəyə təslim etməlidir”. Edam cəzası ilə bağlı mövqeyini açıqlayan Baxçalı deyib ki, əgər AKP buna hazırdırsa, biz də hazırıq: “Biz bu cəzanın bərpasına baxmağa hazırıq, gərəyini də könül hüzuru ilə yaparıq”.

 

 Gununsesi.info